"Qarabağ"ın zədəlisi sağaldı

Sayta qoyulub: 14:40 13.02.2018 (172 dəfə oxunub)

Topaz Premyer Liqasının 15-ci turunda "Qəbələ" ilə matçdan sonra istirahətə buraxılan "Qarabağ" bu gündən "Səbail"lə oyununun hazırlıqlarına start verib. Ötən oyunu zədə səbəbindən buraxan Miçel zədəsini tam sağaldaraq komandayla çalışmalara başlayıb. Digər zədəli futbolçu Əfran İsmayılov isə fərdi məşqlərlə kifayətlənib.

Qeyd edək ki,  "Səbail" - "Qarabağ" görüşü  fevral 18-i saat 17:30-da başlayacaq.

XƏBƏR LENTİ