Arif Rəhimov: Hazırkı müqavilə qəbulolunmazdı

Sayta qoyulub: 10:15 13.02.2018 (281 dəfə oxunub)

Arif Rəhimov: Hazırkı müqavilə qəbulolunmazdı

“Azərbaycan Qran-prisindən sonrakı 3 ay ərzində “Formula-1” rəhbərliyinə müqaviləni daha 5 il – 2025-ci ilə kimi uzatmaqla bağlı cavab verməliyik. Hamı başa düşür ki, hazırkı müqavilə qəbulolunmazdı”. Bunu Rusiya mətbuatına açıqlamasında “Formula-1” üzrə Azərbaycan Qran-prisinin promouteri Arif Rəhimov deyib.

Rəhimov aprelin 27-29-da Bakıda keçiriləcək növbəti Azərbaycan Qran-prisindən sonra “Formula-1” rəhbərliyi ilə müqavilənin müddətini artırmaqla bağlı müzakirələr aparacaq. O bildirib ki, qüvvədə olan 5 illik anlaşmanın davamını 2025-ci ilə qədər uzadılması üçün şərtlər bir qədər yumşaldırılmalıdı: “Mənə elə gəlir ki, “Formula-1”in yeni rəhbərliyi də bunu başa düşür. Söhbət bir sıra kommersiya şərtlərindən, sponsor hüquqlarından və bizim ödədiyimiz məbləğdən gedir. Amma “Formula-1” rəhbərliyi kimi bizim də istəyimiz var ki, “Kral yürüşləri”ni Azərbaycanda saxlayaq”.

Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov da bununla bağlı fikirlərini açıqlayıb. O bildirib ki, Azərbaycan mərhələnin keçirilməsi üçün lazım olan ümumi məbləğin 80 faizini ödəyir: “Mərhələnin keçirilməsi vaxtı turistlərin sayı 30 faiz artır. Şəhərin infrastrukturu həmin günlərdə tam işləyir. Əsas qazanc mənbəyi biletlərin satışıdı. Nə qədər ki, bizim öz reklam yerlərimiz olmayacaq, biz sponsorları cəlb edə bilməyəcəyik. Bütün reklam “Formula-1”ə məxsusdu. 2017-ci illə müqayisədə bilet satışı da 30 faiz artıb. Qran-pri Azərbaycan üçün gözəl reklamdı”.

  

SON AYDA ƏN ÇOX OXUNANLAR:

    XƏBƏR LENTİ