Alonso və Həmilton komanda yoldaşı olacaqlar?

Sayta qoyulub: 15:08 12.02.2018 (210 dəfə oxunub)

McLaren Group-un rəhbəri Zek Braun bildirib ki, Həmiltona qapıları həmişə açıqıdır.

F-1.az xatırladır ki, britaniyalı sürücünün Mercedes-lə müqaviləsi ilin sonunda bitəcək. Belə görünür ki, McLaren komandası sabiq sürücüsünü transfer etmək istəyir.

Zek Braun: “Lyuisin burada bir keçmişi var. İnanılmaz sürücüdür. Bütün komandalar ona sahib olmaq istəyirlər.

Fernando hamı ilə yarışa bilər. Onunla heç kəs barədə danışmamışıq. Hamı onun komanda yoldaşı ola bilər. Böyük Dünya Çempionlarını idarə etmək çətin olur. Onlara doğru formada yanaşmaq lazımdır. Lyuis də belə sürücülərdəndir. Amma Toto onun yaxşı performans göstərməsi üçün əlindən gələni edir”.

XƏBƏR LENTİ