U-21-in ilk rəsmi matçının vaxtı bəlli oldu

Sayta qoyulub: 12:19 12.02.2018 (159 dəfə oxunub)

U-21 milli komandamızın Avropa çempionatının seçmə mərhələsində Kosovo ilə keçirəcəyi səfər matçının zamanı və məkanı bəlli olub. Martın 22-də Mitrovitsa şəhərində keçiriləcək qarşılaşma Bakı vaxtıyla saat 22:00-da start götürəcək.

Millimizin yeni baş məşqçisi Rəşad Sadıqovun rəsmi debüt edəcəyi qarşılaşma Adem Yaşari Olimpiya Stadionunda keçiriləcək. Əlavə edək ki, 5 oyuna 1 xal toplayan millimiz turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

XƏBƏR LENTİ