Ç.Keri: “Qızların qalmağını istərdim, amma…”

Sayta qoyulub: 08:32 11.02.2018 (182 dəfə oxunub)

Liberty Media-nın rəhbəri Çeyz Keri bildirib ki, yarışlarda yenə də gözəl qızlar olacaq.

F-1.az xatırladır ki, Liberty Media idmanın imicinə zidd olduğu üçün düzülüşdəki qızlardan imtina edib.

Çeyz Keri: “Bu cür reaksiyaları gözləyirdik. Fanlar bu ənənələrlə böyüdülər və onların fikrinə hörmət edirəm. Məndən olsa, düzülüşdəki qızlar qalardı. Lakin bu qərar mənim üçün yox, azarkeşlər üçündür. Yarışlarda gözəl qızlar yenə olacaq. Bu, həyatın bir hissəsidir və idmanımızı da bu amillər xüsusiləşdirir. Formula1 müəmma və cazibənin idmanıdır. Amma inkişaf etməliyik. Hazırkı dövrdə 10-12 il əvvələ nisbətən daha çox həssaslıq var. İnanıram ki, inadkarlıq etməzsiniz”.

XƏBƏR LENTİ