Montoya Ferrari-yə keçib

Sayta qoyulub: 07:42 10.02.2018 (186 dəfə oxunub)

Sabiq Formula1 sürücüsü Xuan Pablo Montoyanın oğlu Sebastyan Montoya artıq Ferrari-nin sürücüsüdür.

F-1.az xəbər verir ki, 12 yaşlı sürücü Ferrari-nin gənc sürücü proqramına qoşulub. Xatırladaq ki, kolumbiyalı gənc sürücü keçən il kartinq üzrə Avropa çempionatında tam mövsüm keçirib və bu il Tony Kart proqramı ilə OKJ kateqoriyasında yarışacaq. Gənc Montoya yeni komandası Ferrari-də sürücülük və mətbuatla davranış təlimləri alacaq…

XƏBƏR LENTİ