AFFA "Turan Tovuz"la "Binə"ni çempionatdan kənarlaşdırır?

Sayta qoyulub: 19:51 09.02.2018 (212 dəfə oxunub)

AFFA daha 2 klubu çempionatdan qovmağa hazırlaşır. Ötən mövsümün gedişində “Rəvan”la “Şərurspor”u cəzalandıran, cari çempionata isə daha bir neçə klubu şübhələr üzündən buraxmayan qurum, indi də “Turan Tovuz”la “Binə”nin hökmünü kəsmək niyyətindədi. Bu klubların fərqləndirilməsi təsadüfi deyil. Oyun alqı-satqısı, nəticələrin bukmeker kontorlarına uyğun müəyyənləşdirilməsi, bir sözlə, manipulyasiyalar həddindən artıq çoxdu. I divizionla bağlı UEFA-dan gələn məktub-siqnalların arası kəsilmir, AFFA özü də bəzi sübutlar tapıb. Elə bu üzdən daha şəffaf yarış istəyən AFFA sözügedən komandaları qovmaqdan başqa yol görmür. Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev də yaxınlarda bu barədə danışmış və bəzi klubların cəzalanacağını demişdi. O, hətta mövsümün gedişində də bunun reallaşa biləcəyini sözlərinə əlavə etmişdi. 

XƏBƏR LENTİ