Ankara istanbul ve izmir civarinda evden eve nakliyat firmalari icin dogru yerdesiniz. Firmalarin listesi icin lutfen ziyaret ediniz.
istanbul evden eve nakliyat firma listesi icin tiklayiniz.
evden eve nakliyat

Qolf Federasiyası fəaliyətini dayandırıb?

Sayta qoyulub: 14:42 09.02.2018 (65 dəfə oxunub)

“Azərbaycan Qolf Federasiyası  fəaliyyətini dayandırıb. Çoxdandır ki, federasiyanın qapıları bağlıdır”.

Bu barədə federasiyanın keçmiş işçiləri məlumat veriblər. Onlar bildiriblər ki, federasiya heç beynəlxalq yarışlara da qatıla bilmirdi.

“Federasiya fəaliyyətini  qurumun rəhbəri Anar Məmmədovun (eks-nəqliyyat naziri Ziya Məmmədovun oğlu - red.) işinin başında olmamasından sonra dayanıb. Çünki Qolf Federasiyası dövlət büdcəsindən maliyyələşməyib. İşçilər də bir neçə ay əmək haqqı almadıqdan sonra işə çıxmaqdan imtina ediblər. İş ondadır ki, Anar Məmmədovun federasiyadan uzaqlaşdırılması üçün xüsusi iclas da keçirilməyib. Hətta, bizdə olan məlumata görə, federasiyanın çoxlu borcu var”.

İşçilər Qolf Federasiyasının yenidən təşkil oluna bilməsindən da söz açıblar: “Yaxın vaxtlarda yeni rəhbərliyin federasiyaya gətirilməsi ilə adıçəkilən qurum işini bərpa edə bilər. Biz də yeni rəhbərlik seçiləcəyi barədə məlumat eşitmişik. Sadəcə kimliyindən xəbərsizik”.

Xatırladaq ki, 2011-ci ildə sabiq nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun yaratdığı Azərbaycan Qolf Federasiyası rəsmi qeydiyyatdan keçib. İş adamı Anar Məmmədov  bu federasiyanın prezidenti seçilib. Qolf idman növü 2016-cı ildə Rio-de Janeyro şəhərində keçirilən olimpiya oyunları siyahısına salınıb. Anar Məmmədovun hazırda Londonda yaşadığı söylənilir.

Modern.az

XƏBƏR LENTİ

istanbul tuzla da evden eve nakliyat bizim isimizdir. detaylar icin lutfen tuzla evden eve nakliyat tiklayin.
Ayrica pendik nakliyat firmalari arasinda da lideriz. pendik evden eve nakliyat
Bakirkoy icin de yaninizdayiz. bakirkoy evden eve
cekmekoy nakliye firmalari cekmekoy evden eve nakliyat