McLaren komandası Dell ilə hərtərəfli müqavilə bağlayıb

Sayta qoyulub: 10:20 09.02.2018 (223 dəfə oxunub)

McLaren komandası məşhur Dell firması ilə çoxillik sponsorluq müqaviləsi bağlayıb.

F-1.az xəbər verir ki, McLaren və Dell çox sahədə bir yerdə işləyəcəklər.

Zek Braun: “McLaren və Dell arasındakı müqavilə ənənəvi sponsor müqavilələrindən fərqlidir. Formula1 qəddar dünyadır və Dell ilə bağladığımız müqavilə hesabına McLaren bütün sahələrdə inkişaf edəcək. Dell mükəmməl tərəfdaşdır. Hər iki şirkət də hədəflərinə çatmaq istəyir”.

Qeyd edək ki, Dell loqotiplərinin bolidin harasına vurulacağı ilə bağlı məlumat verilməyib.

XƏBƏR LENTİ