"Barselona" kubokun finalına çıxdı

Sayta qoyulub: 07:47 09.02.2018 (199 dəfə oxunub)

İspaniya kubokunda yarımfinal mərhələsinin cavab görüşləri başa çatıb.  “Valensiya” öz meydanında “Barselona”nı qəbul edib. İlk matçda olduğu kimi, bu dəfə də qələbə qazanan tərəf Kataloniya klubu olub. Bununla da “Barsa” finalda “Sevilya”ya rəqib olub. 

İspaniya kuboku

Yarımfinal, cavab görüşü

8 fevral

“Valensiya” - “Barselona” 0:2
Qollar: 
Koutinyo, 49, Rakitiç, 82
İlk oyun - 0:1

XƏBƏR LENTİ