"Səbail"in futbolçusu "Sabah"da

Sayta qoyulub: 20:32 08.02.2018 (151 dəfə oxunub)

Birinci divizion təmsilçisi "Sabah" qış fasiləsində heyətini daha bir futbolçu ilə gücləndirib.  Müqavilə ilə "Səbail"ə məxsus olan Seymur Əsədov mövsümün sonuna kimi icarə əsasında Arif Əsədovun komandasında çıxış edəcək. 
"Qəbələ" klubunun yetirməsi olan Əsədov, AZAL və "Sumqayıt" klublarında da forma geyinib. Vaxtilə U-21 yığmamızın şərəfini qoruyan dayaq yarımmüdafiəçisi, əsas milliyə də çağırılıb.

XƏBƏR LENTİ