"Keşlə" 23 futbolçu sifariş etdi

Sayta qoyulub: 10:39 08.02.2018 (183 dəfə oxunub)

“Keşlə” ölkə çempionatının ikinci yarısı üçün iştirak ərizəsini Peşəkar Futbol Liqasına (PFL) göndərib. III dövrəyə ukraynalı baş məşqçi Yuri Maksimovla başlayacaq paytaxt klubunun sifariş vərəqəsində yeni adlar var.

 “Keşlə”nin qış fasiləsində heyətinə qatdığı Kamran Ağayev 1, Məqsəd İsayev 22, Sezar Meza Kolli 10, Pablo Podio 19, Nemanya Stoyanoviç 40, Ebrima Sohna 90, Vaqif Cavadov 7, Andre Klennon isə 14 nömrəli formanı geyinəcək.

 Bakılıların iştirak ərizəsinə 23 futbolçunun adı daxil edilib.

 

Qapıçılar: 1. Kamran Ağayev, 15. Orxan Sadıqlı, 16. Şahin Zəkiyev

 

Müdafiəçilər: 2. Sertan Taşkın, 3. Denis Silva Kruz, 4. Slavik Alxasov, 22. Məqsəd İsayev, 27. Adrian Skarlatake, 33. Tərlan Quliyev, 65. Cabir Əmirli, 66. Murad Qayalı

 

Yarımmüdafiəçilər: 10. Sezar Meza Kolli, 19. Pablo Podio, 20. Aqşin Quluzadə, 21. Herve Tçami, 24. Fuad Bayramov, 40. Nemanya Stoyanoviç, 88. Məmməd Quliyev, 90. Ebrima Sohna

 

Hücumçular: 7. Vaqif Cavadov, 9. Pərdis Fərcad-Azad, 14. Andre Klennon, 98. Qara Qarayev

 

XƏBƏR LENTİ