Dünya kuboku Bakıda nümayiş etdiriləcək

Sayta qoyulub: 10:25 08.02.2018 (185 dəfə oxunub)

FİFA Dünya çempionatının kuboku fevralın 9-da səhər saatlarında Bakıya xüsusi təyyarə ilə gətiriləcək. Ali mükafatı xüsusi təyyarə ilə 1998-ci il dünya çempionatında Fransa yığmasının heyətində qızıl medal qazanmış Kristian Karambö müşayiət edəcək. Yerli KİV nümayəndələri üçün mətbuat konfransı saat 11:00-da Hilton otelində keçiriləcək. Sonra kubok şəhər sakinləri və qonaqlarına nümayiş etdirilməsi üçün "Gənclik Mall” ticarət mərkəzinə aparılacaq. Saat 13:00-dan 19:00-dək futbol azarkeşləri Dünya kubokunu yaxından görə biləcəklər.

Qeyd edək ki, Dünya kuboku 4-cü dəfə dünya turuna çıxıb. Azərbaycana səfər "Coca-Cola” şirkətinin bu ölkədə uzunmüddətli tərəfdaşı olan AFFA ilə birgə əməkdaşlığı çərçivəsində təşkil olunur.

XƏBƏR LENTİ