Ankara istanbul ve izmir civarinda evden eve nakliyat firmalari icin dogru yerdesiniz. Firmalarin listesi icin lutfen ziyaret ediniz.
istanbul evden eve nakliyat firma listesi icin tiklayiniz.
evden eve nakliyat

C.Afrika Qran Prisinin qayıtma ehtimalı çox aşağı görünür…

Sayta qoyulub: 07:16 08.02.2018 (79 dəfə oxunub)

Son dəfə 1993-cü ildə Formula1-ə ev sahibliyi edən Kyalami trasında 2016-cı ildə böyükmiqyaslı yenidənqurma işləri aparılıb. Müasirləşdirilmiş tras praktiki olaraq, Formula1 standartlarına cavab verir, lakin maliyyə problemi yarışların Afrika qitəsinə qayıtmasına mane olur…

F-1.az xəbər verir ki, trasın rəsmilərindən olan Kristo Kryuger Formula1-in CAR-a qayıtması perspektivlərindən danışıb.

Kristo Kryuger: “Kyalami trası məmnuniyyətlə Formula1-ə ev sahibliyi etməyə hazırdır. Mən hesab edirəm ki, təqvimə daxil olmağa layiqik, lakin bunun üçün lazım olan maliyyəmiz yoxdur. Mövcud şərtlərlə yarış keçirməyimiz mümkün deyil. Biz trasın daha da müasirləşdirilməsi üçün danışıqlara başlamağa hazırıq. Kyalaminin Grade2 sertifikatı var, onu Grade1-ə yüksəldə bilərik”.

Keyptaunda şəhər küçələrində yarış keçirilməsi barədə söz-söhbətlər gəzir, lakin Kryuger bu məsələyə şübhə ilə yanaşır: “Mən bunu xam xəyal hesab edirəm. Mən burada insanların şəhər trası üçün hətta hansı asfalt örtüyünün lazım olduğunu bildiklərini də düşünmürəm. Xüsusi asfalt örtüyü olmalıdır, adi yollar yarış üçün uyğun deyil. Həm də belə bir yarışın baş tutması üçün lazım olan xərclər Kyalaminin təqvimə daxil olması üçün ehtiyac duyduğundan çox olar”.

Qeyd edək ki, Kyalami trası Formula1-ə 1967-ci ildən 1993-cü ilə qədər 20 dəfə ev sahibliyi edib. Bu trasda ən çox qələbə qazanan sürücü Niki Laudadır – sabiq dünya çempionu üç dəfə finiş xəttini birinci keçib. 1993-cü ildə keçirilən sonuncu yarışda isə Alen Prost hamını üstələyib. Cənubi Afrika Qran Prisi Formula1 təqvimində Kyalamidən əvvəl Şahzadə Corc trası ilə üç dəfə təmsil olunub. Kyalami trasının uzunluğu 1992-ci ildə son dəyişikliklərə qədər 4.261 km, döngələrin sayı isə 13 olub. Buradakı ən sürətli dövrənin sahibi Naycel Mənselldir.

Tom Praysın həlak olduğu Formula1 tarixinin ən qorxunc qəzalarından biri də 1977-ci il martın 5-də məhz Kyalamidə baş verib…

XƏBƏR LENTİ

istanbul tuzla da evden eve nakliyat bizim isimizdir. detaylar icin lutfen tuzla evden eve nakliyat tiklayin.
Ayrica pendik nakliyat firmalari arasinda da lideriz. pendik evden eve nakliyat
Bakirkoy icin de yaninizdayiz. bakirkoy evden eve
cekmekoy nakliye firmalari cekmekoy evden eve nakliyat