I Divizion klubundan 2 transfer

Sayta qoyulub: 19:45 07.02.2018 (193 dəfə oxunub)

I Divizion təmsilçisi “Binə” heyətinə daha 2 futbolçu cəlb edib. Mövsümün ilk yarısını “Şüvəlan”da keçirən Eyyub Əliyev bundan sonra “Binə”nin uğurları üçün çalışacaq. 23 yaşlı qapıçı daha öncə “Neftçi”, "Simurq", MOİK, "İnter" və "Kəpəz"in heyətində çıxış edib.

 Mövsümün ilk yarısında "Mil-Muğan"ın heyətində çıxış edən Comərd Baxşəliyev də mövsümün ikinci yarısında "Binə"nin uğurları üçün çalışacaq. 30 yaşlı təcrübəli futbolçu daha öncə "Qaradağ Lökbatan" və MOİK klublarında forma geyinib.

 

I Divizion klubundan 2 transferI Divizion klubundan 2 transfer

XƏBƏR LENTİ