Erməni futbolçu "Beşiktaş"dan ayrıldı

Sayta qoyulub: 19:01 07.02.2018 (225 dəfə oxunub)

"Beşiktaş" Aras Özbilizlə yollarını ayırıb. İstanbul klubundan ayrılan erməni futbolçu karyerasını “Şerif”də davam etdirəcək. Bu barədə Moldova klubunun rəsmi saytı xəbər yayıb. Ermənistan millisinin üzvü ilə artıq rəsmi müqavilə imzalanıb.

Hollandiyada anadan olan Özbiliz “Ayaks”ın yetirməsidir. İkili vətəndaşlıq daşıyan futbolçu karyerası ərzində Rusiyada “Kuban”, “Spartak”, İspaniyada isə “Rayo Valyekano”nun formasını geyinib. Son komandası “Beşiktaş” olub.

XƏBƏR LENTİ