"Kəpəz"dən ayrılan futbolçunun "Səbail"ə transferi baş tutmadı

Sayta qoyulub: 18:51 07.02.2018 (160 dəfə oxunub)

Mövsümün ilk yarısını “Kəpəz”də keçirən Viktor Oseqeylin elitanın digər təmsilçisi “Səbail”ə keçidi son anda baş tutmayıb. Paytaxt təmsilçisinin baş məşqçisi Samir Əliyev legioner hücumçunun xidmətində maraqlı olsa da, transfer reallaşmayıb. Bu barədə gənc mütəxəssis deyib. Əliyev bildirib ki, son tibbi müayinə zamanı Viktorun zədəsinin tam sağalmadığı məlum olub. Çalışdırıcı sözlərinə görə, 22 yaşlı forvard zədəsini sağaltdıqdan sonra "Səbail"ə keçə bilər.

 Qeyd edək ki, nigeriyalı hücumçu ötən yay "Kəpəz"ə Maltanın “Mosta” klubundan transfer olmuşdu.

XƏBƏR LENTİ