"Səbail"də gürcüstanlı futbolçu

Sayta qoyulub: 15:02 07.02.2018 (167 dəfə oxunub)

"Səbail"də gürcüstanlı futbolçu

 

Dövrələrarası fasilə zamanı “Səbail” növbəti transferini reallaşdırıb. Bakı təmsilçisi Nikoloz Apakidze ilə anlaşıb.

26 yaşlı mərkəz müdafiəçi mövsümün II yarısından etibarən “Səbail”in şərəfini qoruyacaq. Gürcüstanlı futbolçunun son klubu “Rustavi” olub. O, bundan başqa, vətənində “Zuqdidi”, “Şuxura” və Litvada “Trakai”nin formasını geyinib.  

Qeyd edək ki, “Səbail” Apakidzedən öncə Rahil Məmmədov, Aqşin Qurbanlı, Fəhmin Muradbəyli, Kərim Diniyev, Yevgeni Koçuk və Ruslan Əmircanovla da güclənib.

XƏBƏR LENTİ