"Turan Tovuz" çempionatdan çıxarıla bilər

Sayta qoyulub: 13:48 06.02.2018 (244 dəfə oxunub)

"Turan Tovuz" çempionatdan çıxarıla bilər
 

 

Topaz Premyer Liqasının iştirakçı komandalarının yoldaşlıq görüşlərini və hakimlərin təlim-məşq toplanışını izləmək üçün Türkiyənin Antalya şəhərində olan Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev keçirdiyi mətbuat konfransında bir sıra  məsələlərə toxundu. 

I Divizionla bağlı danışan Musayev mövsümün sonuna qədər 1-2 klubun çempionatdan kənarlaşdırıla biləcəyini istisna etmədi. Oyunların nəticəsinin əvvəlcədən müəyyənləşdirilməsinə qarşı ötənildən ciddi tədbirlər görən AFFA və PFL bu işi davam etdirmək niyyətindədir. PFL rəhbəri bu işin üstünə düşdüklərini bildirsə də, ad açıqlamamışdı. Şübhəli komandalar arasında “Turan Tovuz”un da adı var. Baş məşqçisi Əsgər Abdullayev olan komandanın bir sıra görüşləri ciddi şəkildə araşdırılır. 

Qeyd edək ki, “Turan” adı Azərbaycan futbolunda tarixi əhəmiyyət daşıyır.

XƏBƏR LENTİ