"Keşlə" Meza Kollinin transferini rəsmiləşdirdi

Sayta qoyulub: 17:59 05.02.2018 (150 dəfə oxunub)

"Keşlə" daha bir futbolçunun keçidini rəsmiləşdirib. Klubdan verilən məlumata görə, paytaxt təmsilçisi Sezar Meza Kolli ilə müqavilə bağlayıb. Paraqvaylı yarımmüdafiəçi mövsümün sonuna kimi "Keşlə"nin şərəfini qoruyacaq.

Qeyd edək ki, Meza Kolli 2013-2016-cı illərdə "İnter"də (İndiki "Keşlə") çıxış edib. O, son olaraq ölkəmizdə "Zirə"nin formasını geyinib. Sezarın qardaşı Derlis Meza Kolli isə "Neftçi"nin üzvüdür.

XƏBƏR LENTİ