S.Domenikali: “Alonso cəsarətlidir”

Sayta qoyulub: 13:16 05.02.2018 (139 dəfə oxunub)

Ferrari komandasının sabiq rəhbəri Stefano Domenikali bildirib ki, Alonso özünü isbat etmək üçün başqa seriyalarda yarışır.

F-1.az xatırladır ki, ispaniyalı sürücü bu il həm Formula1-də, həm də WEC-də iştirak edəcək. Beləliklə, 36 yaşlı sürücü idman tarixində bir ilkə imza atmış olacaq.

Stefano Domenikali: “Fernando Formula1-dən başqa seriyalarla maraqlanır. Çünki komandası çətin dövrlər yaşayır. O da özünü sübut etmək və ən yaxşılardan biri olduğunu göstərmək istəyir. Hansı daha güclüdür? O, yoxsa Həmilton? Bunu dəyərləndirmək çətindir. Biri sıralanma turunda, biri yarışda və biri də psixoloji güclüdür. Hazırda zirvədə üç sürücü var – Alonso, Həmilton və Fettel. Aralarındakı fərq azdır və bu fərq boliddən asılıdır.

Məncə, bu il Ferrari və Mercedes-in mübarizəsini görəcəyik, amma Red Bull-u da unutmaq olmaz”.

XƏBƏR LENTİ