"Kəpəz" Türkiyədə məşqlərə başladı

Sayta qoyulub: 15:44 20.01.2018 (172 dəfə oxunub)

Çempionatın qış fasiləsində hazırlığın əsas mərhələsi üçün Türkiyəyə yollanan “Kəpəz” qardaş ölkədə məşqlərə start verib. Komanda gündə iki dəfə hazırlıq keçir.  Heyətdə 18 futbolçu yer alıb. “Sarı-göylər” toplanış müddətində taktiki və texniki məşqlərə üstünlük verib, yoxlama oyunlarına çıxacaqlar.  

 Komandamız yanvarın 22-də “Viitorul” (Konstanta, Rumıniya), 25-də “Daejeon Citizen” (Cənubi Koreya), 28-i tarixində “Yagelloniya” (Belostok, Polşa) və ayın 31-də “Spartak” (Subotiça, Serbiya) klubları ilə oynayacaq.  Təlim-məşq toplanışı fevralın 2-də başa çatacaq. 

XƏBƏR LENTİ