"Keşlə"nin yeni legioneri: “Azərbaycanda tanıdığım ilk klub “İnter” olub”

Sayta qoyulub: 12:35 20.01.2018 (200 dəfə oxunub)

"Keşlə"nin yeni legioneri: “Azərbaycanda tanıdığım ilk klub “İnter” olub”

 

Keşlə”nin Vyana “Qarabağ”ından icarəyə götürdüyü Nemanya Stoyanoviçin müsahibə verib.

- Artıq “Keşlə”də qalacağın dəqiqləşib. Komanda ilə bağlı təəssüratların necədir?

- “Keşlə” yaxşı komandadır. Burada gördüklərim məni qane edir. Yaxşı baş məşqçimiz, şəraitimiz var. Özünüz də görürsünüz ki, komanda baxımlı futbol oynayır. İnanıram ki, mövsümün ikinci hissəsində daha yaxşı “Keşlə” görəcəyik.

- “Qarabağ”dan  icarəyə götürülmüsən. Belə çıxır ki, yayda “Keşlə”dən ayrılacaqsan...

- Hələ bilmirəm. Nəyin necə olacağını zaman göstərəcək. Burada qala da bilərəm, “Qarabağ”a qayıda da. Hər şey mənim özümü necə göstərməyimdən asılıdır.

- “Keşlə”yə gəlişin necə alındı?

- “Qarabağ”da hamı mənim daha da inkişaf  etməyimi istəyirdi. Həmişə mənim daha yüksək səviyyədə çıxış etməli olduğumu deyirdilər. Təklif gəldi, onlar da mənə görə razılıq verdilər. Məhz bu səbəbdən indi burdayam.

- Bura gələnə qədər Azərbaycan Premyer Liqası və ya klubları barədə məlumatın var idi?

- Əlbəttə, çox eşitmişdim. Azərbaycanda tanıdığım ilk klub “İnter” olub. Bir neçə il öncə avrokuboklarda “Partizan”la qarşılaşıblar. Ümumiyyətlə, bir çox komandalarınız Serbiya klublarına qarşı oynayıblar.

- Azərbaycanda hazırda da serbiyalı futbolçular çıxış edir. Bura gələndə onlarla məsləhətləşmisən?

- Yox, heç kimlə danışmamışam. Çünki onları yaxından tanımıram.

Qol.az

XƏBƏR LENTİ