"Keşlə" daha bir legionerlə müqavilə bağladı

Sayta qoyulub: 16:19 19.01.2018 (214 dəfə oxunub)

"Keşlə" daha bir legionerlə müqavilə bağladı

"Keşlə" baxışa çağırdığı Nemanya Stayanoviçlə müqavilə bağlayıb. 

Bu barədə serbiyalı yarımmüdafiəçi özü məlumat verib. Onun sözlərinə görə, paytaxt klubu ilə 6 aylıq sözləşmə imzalayıb.
24 yaşlı futbolçu Avstriyanın Regional Liqasında çıxış edən Vyana “Qarabağ”ından "Keşlə"yə gəlib. Klubun mətbuat xidmətindən verilən məlumata görə, baxışda olan çeçenistanlı müdafiəçi İdris Musluyev məəşqçilər korpusu tərəfindən bəyənilməyib və o geri göndərilib. Qeyd edək ki, "Keşlə" son klubu “Şüvəlan” olan Əziz Quliyevi də baxışa dəvət edib.

XƏBƏR LENTİ