Prandelli qovuldu

Sayta qoyulub: 11:53 19.01.2018 (189 dəfə oxunub)

İtaliyalı məşqçi Çezare Prandelli işsiz qalıb.


Birləşmiş Ərəb Əmirliyinin "Al Nasr" klubunu çalışdıran 60 yaşlı mütəxəssis istefaya göndərilib.


Bu barədə klubun rəsmi Tivitter səhifəsi xəbər yayıb.


İtaliya millisinin sabiq baş məşqçisi ötən ildən "Al Nasr"ı çalışdırırdı. Onun komandası 12 turdan sonra 8 xalla 4-cü yerdə qərarlaşıb.


Qeyd edək ki, Prandelli karyerası ərzində "Parma", "Fiorentina", "Qalatasaray" və "Valensiya" kimi klublarda da çalışıb.

 

Prandelli qovuldu

 

 

 

qol.az

XƏBƏR LENTİ