D.Uorik: “Formula1 bahalaşıb”

Sayta qoyulub: 07:53 19.01.2018 (177 dəfə oxunub)

Sabiq Formula1 sürücüsü Derek Uorik bildirib ki, pilot olmaq üçün daha çox pul lazımdır.

F-1.az xatırladır ki, illər keçdikcə Formula1-də sponsor hesabına iştirak edən sürücülərin sayı artır. Hazırda Sirotkin, Stroll, Eriksson və Peres belə sürücülərdəndir.

Derek Uorik: “Güclü gənc sürücülər var. Amma əksəriyyəti maliyyə vəziyyətinə görə yarışa bilmirlər. 1978-ci ildə 20 min avro büdcə ilə Formula3-də qalib gəldim. İndi Formula3-də yarışmaq üçün 1 milyon avro lazımdır. Formula1 üçün daha çox pula ehtiyacınız var. Böyük sponsorlarınız və milyonlar xərcləyəcək ailəniz olmalıdır.

Lakin insanlar unutmamalıdırlar ki, Formula1 tarixinin ən yaxşı sürücüsü sayılan Senna da bir kisə qızılla idmana gəlib. Bu adamlar ən yaxşı büdcələrlə ən yaxşı maşını sürürlər”.

XƏBƏR LENTİ