Birinci divizion klubundan növbəti transfer

Sayta qoyulub: 19:00 18.01.2018 (162 dəfə oxunub)

Birinci divizion klubundan növbəti transfer

 

Birinci Divizion təmsilçisi “Sabah” qış fasiləsində növbəti transferini reallaşdırıb. Sözügedən klub vaxtilə U-21 millimizə də dəvət alan Qvanzan Maqomedovla mövsümün sonuna kimi müqavilə imzalayıb. 

Peşəkar karyerasına Rusiyanın "Krılya Sovetov" klubunda başlayan Maqomedov "Şahdağ", "Zirə", "Bakı", AZAL və "Səbail" klublarında forma geyinib. Futbolçunun sonuncu klubu Rusiyanın ikinci liqasında mübarizə aparan "Znamya Truda" komandası olub.

XƏBƏR LENTİ