K.Rəykkönenin yarış mühəndisi məlum olub

Sayta qoyulub: 13:00 18.01.2018 (114 dəfə oxunub)

Kimi Rəykkönenin yeni yarış mühəndisi məlum olub. Deyv Qrinvudu Karlo Santi əvəz edəcək.

F-1.az xəbər vermişdi ki, Deyv Qrinvud Ferrari-dən ayrılaraq, Manor şirkətinə geri dönüb. Lakin, əksəriyyət gözləyirdi ki, onu Toro Rosso komandasından “qırmızılar”-ın heyətinə keçən Marko Matassa əvəz edəcək. Lakin məlum olub ki, Marko Ferrari-nin gənc sürücü proqramında Massimo Rivola ilə işləyəcək.

Ancaq dəyişikliklər bunlarla bitmir. Komandanın baş əməliyyatçısı Dieqo İoverno vəzifəsindən uzaqlaşdırıldığı halda, onu Cok Klia və Klaudio Albertini əvəz edəcək. Kristian Korradini isə komandanın baş mexaniki olacaq…

XƏBƏR LENTİ