Afrikalı futbolçu "Qarabağ"ın təklifini qəbul edib

Sayta qoyulub: 11:53 18.01.2018 (259 dəfə oxunub)

Dino Ndlovunu Çinin "Xançjou Qrintaun" klubuna satan "Qarabağ" Cənubi afrikalı hücumçunun boşluğunu Zimbab millisiinin oyunçusu Xama Billiatla doldurmağa çalışır. Ağdam klubu artıq 27 yaşlı forvarda rəsmi təklif göndərib. "Qarabağ" hazırda qarşı tərəfdən cavab gözləyir.

"Sowetanlive.co.za" saytının iddiasına görə isə Azərbaycan klubunun təklifi Billiatı razı salıb. Təcrübəli futbolçu yaxın günlərdə öz fikrini açıqlayacaq.

Həmçinin Billiatın çıxış etdiyi "Mamelodi Sandaunz" klubunun prezidenti Patrise Motsepe də hücumçunun komandadan ayrılacağını təsdiqləyib: "Futbolçularımıza yaxşı təkliflər gəlirsə, deməli, işləyirik. İki aparıcı oyunçumuzun yanvarın sonlarında komandadan ayrılacağı bizi narahat etmir. Çünki heyətimizdə onları əvəz edə biləcək kifayət qədər futbolçu var".

Qeyd edək ki, Billiatın hazırkı klubu ilə yarım illik müqaviləsi var.

XƏBƏR LENTİ