"Kəpəz" Diyeqo Souza ilə də müqavilə bağlayacaq

Sayta qoyulub: 10:04 17.01.2018 (140 dəfə oxunub)

“Kəpəz” dövrələrarası fasilədə daha bir futbolçu ilə anlaşıb. Bu barədə Gəncə klubunun baş məşqçisi Yunis Hüseynov məlumat verib. O bildirib ki, bir müddətdi komandada baxışda olan Dieqo Souza ilə bağlı yekun qərarını verib. Hüseynov braziliyalı yarımmüdafiəçini bəyəndiyini və onunla bu gün müqavilə imzalandığını söyləyib. Souza Gəncə təmsilçisi isə 1 illik sazişə qol çəkib. Qeyd edək ki, bu, “Kəpəz”in qış fasiləsində 9-cu transferi olub. Souzaya qədər Murad Səttarlı, Roman Hüseynov, Samir Zərgərov, Tərzin Cahangirov, Sergey Litovçenko, Giuli Manjqaladze, Tərlan Qasımzadə və Dario Federiko Gəncə klubu ilə anlaşıb.

XƏBƏR LENTİ