"Neftçi" Türkiyəyə gedir

Sayta qoyulub: 08:26 17.01.2018 (124 dəfə oxunub)

“Neftçi” bu gün səhər saatlarında qış fasiləsindəki hazırlığın ikinci mərhələsini keçirəcəyi Türkiyəyə yola düşüb. Klubun rəsmi saytının məlumatına görə, bakılılar Belekdə yerləşən "Alva Donna” otelində məskunlaşacaqlar. Türkiyəyə yollanan heyətdə futbolçulardan Səlahət Ağayev, Aqil Məmmədov, Rəşad Əzizli, Kirilo Petrov, Ruslan Abışov, Məhəmməd Mirzəbəyov, İlkin Qırtımov, Rəşad Sadiqov, Emin Mahmudov, Derlis Meza Kolli, Namik Ələskərov, İqnasio Errera, Rəhman Hacıyev, Mirabdulla Abbasov, Elnur Süleymanov, Elçin Əsədov, Fərid Abbaslı və Fransisko Qarsiya yer alıblar. Ömər Buludov, Elnur Cəfərov, Anton Krivotsyuk və Elvin Sərkərov 21 yaşadək futbolçulardan ibarət milli komandamızın düşərgəsində olduğundan təlim-məşq toplanışına sonradan qoşulacaqlar.

Baş məşqçi Tərlan Əhmədovun rəhbərlik etdiyi kollektiv yanvarın 22-də Rusiyanın "SKA-Xabarovsk”, 25-də Rumıniyanın "Konkordiya” və Bolqarıstanın "Slaviya”, 27-də Rusiyanın "Krılya Sovetov”, 30-da isə Makedoniyanın "Sileks" klubları ilə üz-üzə gələcək. Təlim-məşq toplanışına yanvarın 31-də yekun vurulacaq.

XƏBƏR LENTİ