Giqsin atası:"Onun kimi oğlum olduğuna görə xəcalət çəkirəm"

Sayta qoyulub: 08:05 17.01.2018 (276 dəfə oxunub)

Rayan Giqsin atası Denni Uilson qardaşı Rodrinin ailəsini dağıtdıqüdan sonra ona necə yanaşdığı haqqında danışıb.

 

Xatırladaq ki, Giqs qardaşı arvadı Nataşa ilə 7 il ərzində eşq macəraları yaşayıb.2011-ci ildə Rodri bundan xəbər tutduqdan sonra boşanma qərarını verib.

 

«Mən gətta onun adını çəkməyə özümü məcbur edə bilmirəm.

 

Bir böyük kimi o  öz qardaşının hər zaman arxasında olmalıydı. Lakin o , arxadan bıçaqla zərbə vurdu. O qardaşını ən pis şəkildə aldadıb və üzr istəməyə də kişiliyi çatmayıb.

 

Mən onun kimi oğlum olduğuna görə fəxr etməliydim. Amma bunu edə bilmirəm. Əksinə xəcalət çəkirəm.

 

O özünü hamıdan yuxarı tutur. Ağlında olan yeganə şey, – televiziya karyerası və Mançesterdə hotellər açmaqdır.

 

Milli komandanı ona tapşırmaq düzgün addım deyil. Millinin baş məşqçisi cəmiyyətdə hörmətli adam olmalıdır

 

Mənim oğlumdur, lakin danışanda göz yaşlarımı saxlaya bilmirəm. Ailədə heç kim ona hörmət etmir», – deyə Giqsin atası bildirib.

 

Giqsin atası:"Onun kimi oğlum olduğuna görə xəcalət çəkirəm"

Giqsin atası:"Onun kimi oğlum olduğuna görə xəcalət çəkirəm"

XƏBƏR LENTİ