Williams niyə di Restanı seçməyib?

Sayta qoyulub: 07:53 17.01.2018 (133 dəfə oxunub)

Sabiq Formula1 sürücüsü Pol di Resta bildirib ki, yaşına görə Williams onunla müqavilə bağlamayıb.

F-1.az xatırladır ki, britaniyalı sürücü Williams komandasının ehtiyat sürücüsüdür və Felipe Massanın yerinə əsas namizədlərdən biri sayılırdı. Amma son çıxan xəbərlərə əsasən komanda Serqey Sirotkini seçib.

Pol di Resta: “Yenidən yarışmağa çox yaxın idim, amma alınmadı. Bəlkə də, yaşıma görə istəmədilər. Macarıstanda Massanı əvəz edərkən sürməkdən həzz almışdım. Məhdud zamanda komandanı bacardığım qədər yaxşı təmsil etməyə çalışdım”.

XƏBƏR LENTİ