Mustafa Dənizli "Traktor Sazi"nin baş məşqçisi oldu

Sayta qoyulub: 20:18 16.01.2018 (181 dəfə oxunub)

Mustafa Dənizli "Traktor Sazi"nin baş məşqçisi oldu

 

“Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Mustafa Dənizli Cənubi Azərbaycanın “Traktor Sazi” klubunun baş məşqçisi təyin edilib. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. 68 yaşlı mütəxəssis Təbriz klubunun baş məşqçi postuna 11 oyunluq gətirlib. Təcrübəli çalışdırcının əmək haqqı 400 min dollar olacaq.

Qeyd edək ki, Təbriz klubu cari mövsümdə uğursuz çıxışı ilə diqqət çəkir. Asiya Çempionlar Liqasında mübarizə aparan komanda İran çempionatında 21 xalla 11-ci pillədə qərarlaşıb. 

Xatırladaq ki, Dənizli 2013/14 mövsümündə “Xəzər Lənkəran”ın “sükanı arxasında” olub. O, İranda "Pas Tehran" və "Persepolis" klublarını da çalışdırıb.

XƏBƏR LENTİ