Almaniyalı voleybolçu "Azərreyl"dən getdi

Sayta qoyulub: 10:05 16.01.2018 (228 dəfə oxunub)

“Azərreyl” legionerlərindən biri ilə yollarını ayırıb. “Dəmiryolçular” almaniyalı toppaylayıcı Maqdelina Qrika ilə vidalaşıblar. Belə ki, Polşa əsilli voleybolçu yenidən tarixi vətəninə yollanıb. Buna səbəb KSZO-dan gələn cəlbedici təklif olub. Nəticədə “Azərreyl” 24 yaşlı Qrika ilə müqaviləyə qarşılıqlı şəkildə xitam verib.

Qeyd edək ki, mövsümün əvvəlində “dəmiryolçular”a keçən Maqdelina Bakı klubunun heyətində “Çelenc Cup”da 2, Super Liqada 1 matça çıxıb. 

XƏBƏR LENTİ