Bukmeykerlər əmindirlər – qüvvələr nisbəti dəyişəcək

Sayta qoyulub: 11:26 15.01.2018 (245 dəfə oxunub)

Britaniyanın məşhur bukmeyker kontoru William Hill növbəti mövsüm üçün Mühəndislər Kubokuna pul qoyuluşunu qəbul etməyə başlayıb.

F-1.az xəbər verir ki, idarə Mercedes AMG-nin şanslarını yüksək qiymətləndirib. Lakin bu, təəccüb doğurmamalıdır. Amma digər komandaların düzülüşü geridə qoyduğumuz mövsümün nəticələrinə uyğun olmayıb. Belə ki, bukmeykerlər Red Bull-un Ferrari-ni üstələyəcəyini düşünürlər.

Ən maraqlı məsələ isə McLaren üçün açıqlanan əmsaldır – Honda motorundan qurtulan komandanın şansları top üç komanda istisna olmaqla, digərlərindən olduqca çox qiymətləndirilib…

Komanda Əmsal
Mercedes AMG 1.67
Red Bull 3.75
Ferrari 4.50
McLaren 13.00
Renault 81.00
Force İndia 101.00
Haas, Williams 201.00
Sauber, Toro Rosso 501.00

 

XƏBƏR LENTİ