Qazaxıstan klubu "Qəbələ" ilə oyundan imtina etdi

Sayta qoyulub: 15:01 14.01.2018 (104 dəfə oxunub)

“Qəbələ” 2017/18 mövsümünün hazırlığını Türkiyədə davam etdirir. “Qırmızı-qaralar” Antalyada təşkil olunan təlim-məşq toplanışının 9-cu gününü bir məşqlə başa vurub. Roman Qriqorçukun yetirmələri günün ikinci yarısına təsadüf edən hazırlıq prosesini meydançada gerçəkləşdirib. Futbolçular əsasən toplu çalışmaları yerinə yetirib.

 “Qəbələ”nin hazırlıq planında dəyişiklik edilib. Komanda bu gün ikinci yoxlama oyununa çıxmalı olsa da, Qazaxıstanın “Atırau” klubu ilə görüş baş tutmayacaq. Buna rəqibin yoxlama görüşündən imtina etməsi səbəb olub. “Qırmızı-qaralar” toplanışın 10-cu günündə hazırlığını qrafikə uyğun olaraq məşqlərlə davam etdirəcək.

XƏBƏR LENTİ