Real Neymar üçün Ronaldonu verməyə də hazırdır

Sayta qoyulub: 09:36 14.01.2018 (334 dəfə oxunub)

Madrid Realı PSG-dən Neymarı necə transfer etməyin yolları üzərində işləyir.

 

Braziliyalı futbolçuya görə Madrid klubu dünya çempionatından sonra anlaşmaya Kriştiano Ronaldonu da daxil etməyə razıdırlar. Xatırladaq ki, PSG-nin də əsas transfer hədəflərindən biri Ronaldodur.

 

Bir qədər əvvəl verilən məlumata görə Real Neymara görə 500 milyon avro ödəyə bilər. Qeyd edək ki, məlumatı İspaniyada Cadenaser yayıb.

 

Real Neymar üçün Ronaldonu verməyə də hazırdır

XƏBƏR LENTİ