Dario Federiko yenidən "Kəpəz"də

Sayta qoyulub: 15:06 13.01.2018 (208 dəfə oxunub)

Dario Federiko yenidən "Kəpəz"də
 

"Kəpəz" qış transfer pəncərəsində növbəti keçidini rəsmiləşdirib. Gəncə klubu sabiq futbolçusu Dario Frederikonu transfer edib. Braziliyalı vinger komandanın Antalyadakı toplanışına qatılacaq və rəsmi müqaviləyə qol çəkəcək. Məlumatı əməkdaşımızla söhbətində "sarı-göylər"in baş məşqçisi Yunis Hüseynov verib.

Qeyd edək ki, 26 yaşlı cinah futbolçusu 2015/17-ci illərdə "Kəpəz"dəki çıxışı ilə Gəncə fanatlarının qəlbinə yol tapmışdı. O, ötən il Yaponiyanın II Liqa təmsilçisi "Seongnam"a keçmişdi.

XƏBƏR LENTİ