"Neftçi"nin Antalyadakı sonuncu rəqibi müəyyənləşdi

Sayta qoyulub: 11:38 13.01.2018 (146 dəfə oxunub)

"Neftçi”nin təlim-məşq toplanışı çərçivəsində keçirəcəyi sonuncu yoxlama oyunundakı rəqibi müəyyənləşib. Klubun saytının yaydığı xəbərə görə, komanda yanvarın 30-da Makedoniyanın "Sileks” klubu ilə qarşılaşacaq. Xatırladaq ki, "Neftçi” Antalyadakı təlim-məşq toplanışı çərçivəsində yanvarın 22-də Rusiyanın "SKA-Xabarovsk”, 25-də Rumıniyanın "Konkordiya” və Bolqarıstanın "Slaviya”, 27-də isə Rusiyanın "Krılya Sovetov” klubları ilə üz-üzə gələcək.

Sabah isə "Neftçi” "Keşlə” klubu ilə hazırlıq matçına çıxacaq. İsmət Qayıbov adına təlim-məşq bazasında olacaq yoxlama oyunu saat 15:00-da başlanacaq.

XƏBƏR LENTİ