K.Maqnussen McLaren və Renault-dan narazı qalıb

Sayta qoyulub: 09:42 13.01.2018 (121 dəfə oxunub)

Haas komandasının sürücüsü Kevin Maqnussen bildirib ki, McLaren və Renault komandalarında yarışarkən üzərində çox təzyiq hiss edib.

F-1.az xatırladır ki, danimarkalı sürücü 2014-cü ildə McLaren komandası ilə idmanda debüt etmiş və ilk yarışında podiuma yüksəlmişdi. 2015-ci ildə Alonsonun McLaren-ə transferi ilə “işsiz” qalan Maqnussen 2016-cı ildə Renault komandasına keçmişdi. 23 yaşlı sürücü fransızların heyətində komanda yoldaşı Palmerdən çox xal yığsa da, gözlənilmədən oradan ayrılaraq Haas komandasına keçmişdi.

Kevin Maqnussen: “Formula1 sürücüsü olmağın təzyiqini üzərimdən atdım. İndi yarışların və bolidlərin həzzini alıram. Çox işləyirəm. Daha çox əylənirəm və üzərimdə mənfi enerji yoxdur. Həzz aldığınız zaman hər şey daha asandır. Bu uşaqlarla işləməyi, komandanın iş rejimini və komandadaxili ideyaları sevirəm. 2015-ci ildə Fernando yerimə gələndə bir ili kənarda keçirmək çətin idi. Sonra qayıtmaq və hər şeyə yenidən uyğunlaşmaq vaxtımı aldı. İndi özümü evimdəki kimi hiss edirəm. Yeni mövsümü səbirsizliklə gözləyirəm”.

XƏBƏR LENTİ