Millimizin Gürcüstanla oyunu baş tutmayacaq

Sayta qoyulub: 16:40 12.01.2018 (218 dəfə oxunub)

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçirəcək milli komandamızın hazırlıq proqramında dəyişiklik olub. AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, Gürcüstan millisinin  Antalyada təşkil olunması nəzərdə tutulan toplanışı ləğv olunduğu üçün fevralın 2-də keçirilməsi planlaşdırılan Azərbaycan – Gürcüstan yoldaşlıq oyunu baş tutmayacaq. AFFA və Gürcüstan Futbol Federasiyası arasında aparılan danışıqlara əsasən, bu il ərzində FIFA-nın müvafiq oyun günlərinin birində Azərbaycan və Gürcüstan milli komandaları arasında yoldaşlıq oyunu keçirilə bilər. Qeyd edək ki, millimizin yanvarın 30-da Moldova ilə yoxlama oyunu nəzərdə tutulub.

XƏBƏR LENTİ