T.Volff: “Okon Peresi keçməlidir”

Sayta qoyulub: 14:23 12.01.2018 (98 dəfə oxunub)

Mercedes Motorsport-un rəhbəri Toto Volff gənc sürücüləri Esteban Okondan razı qalıb.

F-1.az xatırladır ki, fransalı sürücü 2017-ci ildə Force İndia komandasında ilk tam mövsümünü keçirib və bəzi yarışlarda təcrübəli komanda yoldaşı Serxio Peresi geridə qoya bilib.

Toto Volff: “Esteban bu il əla performans göstərərək, Serxio Pereslə başa-baş mübarizə apara bildi. Bu mövsüm növbəti addımı atmalıdır və bu addımı atmaq bir az çətindir. Çox stabildir, sürətlidir və az səhv edir. Bu il daha sürətli olmalı və Serxionu geridə qoymalıdır”.

XƏBƏR LENTİ