K.Rəykkönen yeni mövsümdə çempionluq istəyir

Sayta qoyulub: 13:47 12.01.2018 (102 dəfə oxunub)

Kimi Rəykkönen yeni mühəndisi Marko Matassa ilə 2018-ci ildə çempionluğu hədəfləyir.

F-1.az xatırladır ki, yeni mövsümdən etibarən Deyv Qrinvudu Toro Rosso-dan Marko Matassa əvəz edəcək.

Kimi Rəykkönen: “Çempionluq uğrunda mübarizə aparmaq istəyirəm. Məncə, 2017-ci il mənim üçün pis başladı. Sazlanmaları tapa bilmirdik və bunu anlamaq vaxtımızı aldı. Bundan sonra hər şey yaxşılaşsa da, fərqli səbəblərə görə yarışları bitirə bilmədik. Lakin komanda çox inkişaf edib. Düzdür, istədiyimizi əldə edə bilməsək də, hər şeyə sahibik. Sadəcə komanda olaraq səhv etməməliyik. İndi hər şeyə sıfırdan başlayırıq. Ümid edirəm ki, bacararıq”.

XƏBƏR LENTİ