İngiltərədə delabr ayının ən yaxşıları seçildi

Sayta qoyulub: 13:43 12.01.2018 (163 dəfə oxunub)

İngiltərə Premyer Liqasında dekabr ayının ən yaxşı məşqçisi müəyyənləşib.


“Mançester Siti”nin çalışdırıcısı Xosep Qvardiola yenə bütün həmkarlarını qabaqlayıb.


Ardıcıl 4-cü dəfə ayın ən yaxşısı adına layiq görülən ispaniyalı mütəxəssis bu göstərici ilə Premyer Liqanın tarixinə düşüb.


Qeyd edək ki, Qvardiolanın komandası Premyer Liqada 22 turdan sonra 62 xalla turnir cədvəlinin şəriksiz lideridir.

 

Futbolçular arasında isə ən yaxşı Harri Keyn seçilib. Tottenhemin forvardı İPL-in 6 oyununda 8 qol vurub

 

Xatırladaq ki, Keyn ötən il Şirerin bir il ərzində premyer liqada vurduğu qolların sayına görə rekordu da təzələmişdi.

 

İngiltərədə delabr ayının ən yaxşıları seçildi

 

XƏBƏR LENTİ