P.Lou: “Force İndia sürətli deyildi”

Sayta qoyulub: 13:41 12.01.2018 (120 dəfə oxunub)

Williams komandasının texniki direktoru Pəddi Lou bildirib ki, Force İndia onlardan güclü olmayıb.

F-1.az xatırladır ki, britaniyalılar Mühəndislər Kubokunda 5-ci olublar və 4-cü yeri tutan Force İndia-dan 100 xal geri qalıblar.

Pəddi Lou: “Force İndia gözəl mövsüm keçirsə də, bizdən sürətli deyildilər. Mövsümün bir hissəsindən sonra 2018-ci ilin bolidinə fokuslandıq. Buna görə də geriyə düşdük. Bizə nisbətən stabil çıxış etdilər və qarşılığını aldılar. Bu il daha güclü olmalıyıq. Yaxşı komandamız və keyfiyyətli işçilərimiz var. Qışı yaxşı dəyərləndirib mövsümə yaxşı başlamaq istəyirik”.

XƏBƏR LENTİ