Hazard qərarını verdi - açıqlama

Sayta qoyulub: 13:41 12.01.2018 (269 dəfə oxunub)

"Çelsi"nin futbolçusu Eden Hazard London klubunda qalacaq.


Bu barədə belçikalı yarımmüdafiəçi "Mirror"a müsahibəsində deyib. O, İngiltərə təmsilçisi ilə yeni müqavilə imzalamağa hazır olduğunu söyləyib: "Amma düşünürəm ki, əvvəlcə müqavilənin müddətini Tibo Kurtua uzadacaq. Daha sonra mən yeni müqavilə imzalayacam".


Qeyd edək ki, E.Hazardın "Çelsi" ilə hazırkı müqaviləsi 2020-ci ildə başa çatır. Onun "Real"a keçmək istədiyi iddia olunurdu.

 

 

Hazard qərarını verdi - açıqlama

 

 

qol.az

XƏBƏR LENTİ