"Keşlə" ukraynalı futbolçuya təklif göndərib

Sayta qoyulub: 09:12 12.01.2018 (119 dəfə oxunub)

“Keşlə”nin baş məşqçisi Yuri Maksimov paytaxt klubuna ukraynalı futbolçu gətirməyə hazırlaşır. Çalışdırıcı bildirib ki, Polşanın "Yagelloniya" klubundan ayrılan Dmitri Xomçenovski ilə danışıqlar aparılır. Maksimovun sözlərinə görə, 27 yaşlı yarımmüdafiəçiyə təklif göndərilib və ondan cavab gözlənilir.

Qeyd edək ki, Xomçenovski karyerasına Donetsk “Olimpik”ində başlayıb. Daha sonra o, “Krivbass”, “Zarya”, İspaniyanın “Ponferradina” və Polşanın “Yagelloniya” klublarında oynayıb. Ukrayna millisində 4 oyun keçirən futbolçu bir neçə gün öncə Polşa klubu ilə əməkdaşlığa son qoyub və yeni komanda axtarışındadı.

XƏBƏR LENTİ