L.Norris: “Maşın güclənməlidir”

Sayta qoyulub: 12:21 11.01.2018 (131 dəfə oxunub)

United Autosports komandasının sürücüsü Lando Norris bildirib ki, Daytona-da qələbə qazanmaq üçün maşınları güclənməlidir.

F-1.az xatırlarır ki, gənc sürücü ilk dəfə iştirak etdiyi Daytonanın testlərində ən çox işləyən sürücülərdən biri olsa da, nəticəsi yaxşı olmayıb.

Lando Norris: “Hər gün inkişaf etdik. Amma daha artığını etməliyik. Maşının tempini artırmalıyıq. Üçümüz də əla işlədik. Daytonada trasa çıxmamışdan əvvəl Pol Rikarda bir az sürmüşdüm. Əvvəlcə aerodinamik deytalları yoxladım və rəqiblərimizlə fərqi azaltmağa çalışdıq. Üç gündə 7 sessiyada iştirak etdim. Amma maşını 3 nəfər idarə etdiyi üçün vaxt tez keçdi. Trası sevdim. Gözəl görünür”.

XƏBƏR LENTİ