Yeni mövsümdən Arsenalı çalışdıracaq mütəxəssisin adı məlum oldu

Sayta qoyulub: 10:35 11.01.2018 (379 dəfə oxunub)

Bavariyanın keçmiş baş məşqçisi Karlo Ançelotti Arsenalı çalışdıracaq. London klubunun rəhbərliyi mövsümün sonunda Vengerlə vidalaşmaq qərarına gəlib.  Corriere dello Sport-un məlumatına görə artıq tərəflər arasında razılıq əldə edilib.


Məlumata görə razılıq verən mütəxəssisin məvacibi ildə 10 milyon avro + bonuslar olacaq.


Xatırladaq ki, Ançelotti İtaliya millisinin baş məşqçi postuna da namizəd idi.

XƏBƏR LENTİ